Xalq artistləri ağır yol qəzası keçirən müğənnini ziyarət etdilər – VİDEObackend

Xalq artistləri ağır yol qəzası keçirən müğənnini ziyarət etdilər - VİDEO

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları bir müddət əvvəl avtomobil qəzası keçirən müğənni Baba Dərələyəzliyə baş çəkiblər.

KONKRET.az xəbər verir ki, sənətçilər həmkarlarını ağır günlərində tək qoymayıb ona dəstək olmaq üçün evinə yollanıblar. Onlar Babanın evində müxtəlif ifalar səsləndiriblər. Həmin anlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, sənətçinin Şamaxı yolunda düşdüyü ağır yol qəzası onun daxili orqanlarında fəsadlar yaradıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağını çıxardıblar, qara ciyərinin isə bir hissəsini kəsiblər./BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*