Xankəndi və Rayd qardaş oldu – XİN-in xəbəri varmı?backend

Xankəndi və Rayd qardaş oldu - XİN-in xəbəri varmı?

Avstraliyanın Rayd şəhəri Xankəndi ilə dostluq əlaqələrinin qurulması ilə bağlı qətnamə qəbul edib.

Bununla bağlı qondarma ”Dağlıq Qarabağ” Respublikasının Xarici İşlər Nazirliyi Avstraliyanın Rayd şəhərinin Bələdiyyə Məclisi tərəfindən yekdilliklə qəbul etdiyi qətnaməni alqışladığı barədə bəyanatla çıxış edib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, qondarma rejimin Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, bu iki şəhər arasında mədəniyyət, təhsil və iqtisadi sahələrdə əməkdaşlığın qurulması və praktik proqramların icrası üçün hüquqi əsas təmin ediləcəkdir. Qurumun rəsmi açıqlamasında daha sonra deyilir: “Diqqətəlayiqdir ki, qətnamə Xarici İşlər naziri Masis Mailyanın başçılıq etdiyi “Artsax Respublikası”nın nümayəndə heyətinin Avstraliyaya səfəri ərəfəsində qəbul edilib. Səfər zamanı Rayd şəhərinin səlahiyyətliləri ilə görüşlər planlaşdırılır. Bu müddətdə əməkdaşlıq imkanları və perspektivli sahələr müzakirə ediləcək. Stepanakert və Rayd arasında möhkəm dostluq münasibətləri qurmaq təşəbbüsünün həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.

Bizim Xarici İşlər Nazirliyi isə susur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*