Xankəndidə cinayətlərin sayı artıb.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma rejimin Xankəndidəki “polis şöbəsinin rəisi” Boris Calavyan məlumat verib.
2022-ci ilin birinci yarısında Xankəndidə 772 cinayət qeydə alınıb. Ötən il bu rəqəm 379 olub ki, bunun da 215-i ağır cinayətlərdir.
Cinayətlərin sayının artması ilə paralel olaraq açılma faizi də artaraq 89,8% təşkil edib.
Nə qədər ki, Xankəndidə separatçılıq və cinayətkar rejim mövcud olacaq, canilərin də, cinayətlərin də sayı artacaq.
Xuraman Etibarlı,
KONKRET.az
