“Rusiyanı tərk edənlərin geri qayıtmaq imkanı olmaya bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O bildirib ki, bu gün Rusiyanı tərk etmiş vətəndaşların geri qayıtmaq imkanı var, sabah isə olmaya bilər.
Volodinin sözlərinə görə, gedənlərin ətrafındakı vəziyyəti anlamaq üçün Çexiya prezidentinin bəyanatını oxumaq kifayətdir. Hansı ki, o, xaricdə yaşayan rusların konslagerlərə göndərilməsini təklif edib.
Bu cür bəyanatlar fonunda Volodin rusları xaricdə onları nələrin gözlədiyi barədə düşünməyə çağırıb.
