Ağstafada dəm qazından zəhərlənən şəxslərin vəziyyətləri stabildir, xəstəxanada müalicələri davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
“Fevralın 5-də saat 00:30-da Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə üç nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir”.