Balaca Fatimənin cəsədi tapıldı: Əməliyyat sona çatdı –  RƏSMİ – YENİLƏNİBbackend

Balaca Fatimənin cəsədi tapıldı: Əməliyyat sona çatdı -  RƏSMİ - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15:19
Xırdalanda dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Bu barədə KONKRET.az-a hadisə yerindən məlumat verilib.

***

10:37

Dünən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Partlayış nəticəsində, bir nəfər ölüb, altı nəfər yaralanıb. Bir nəfərin dağıntılar altında qaldığı qeyd edilir.

Onun 9 yaşlı Fatimə olduğu bildirilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*