“Xırıltıyla mənə dedi ki…” – Sevdabackend

"Xırıltıyla mənə dedi ki..." - Sevda

“Mənim üçün bu xəbəri eşitmək çox ağırdır. Hələ də inanmıram”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədovla bağlı paylaşımında yazıb. Sənətçi duet ortağı, ötən gün dünyasını dəyişən ifaçı haqda fikirlərini bölüşüb:
“Bir gün əvvəl telefonla danışıb səhhətini soruşdum. Xırıltıyla mənə dedi ki, Seva, koronavirusa yoluxmuşam. Dedim, özünü ələ al, sağalacaqsan. Amma inanmazdım ki, Səmədi belə tez itirərik. Məkanın cənnət olsun, Səməd. Səni unutmayacağıq”.

Qeyd edək ki, S.Səmədov ötən gün yerləşdirildiyi xəstəxanada vəfat edib. 74 yaşlı sənətçi koronavirusa yoluxmuşdu./axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*