Xocavənd şəhərində terrorçu Monte Melkonyanın abidəsi söküldü – FOTObackend

Xocavənd şəhərində terrorçu Monte Melkonyanın abidəsi söküldü - FOTO

Xocavənd şəhərində terrorçu Monte Melkonyanın abidəsi söküldü.

KONKRET.az xəbər verir ki, terrorçunun abidəsinin sökülməsi prosesi artıq başa çatıb.

Qeyd edək ki, erməni terrorçu ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu kimi tanınırdı. Melkonyan 1990-cı ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisində əməliyyatlarda iştirak edib. Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edib.

Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:

Yüksək səviyyədə təbliğ edilən iddiaya görə, M. Melkonyan İbad Hüseynov tərəfindən öldürülüb, daha sonra isə başı kəsilib. Lakin M.Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaradıb.

Digər bir iddiaya görə isə, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.

  • Nadir Həsənov
    Sentyabr 27, 2023 - 08:16

    O heykəli Fransaya göndərmək lazımdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*