Yaponiyada 4 milyon insana təxliyə xəbərdarlığı edildibackend

Yaponiyada 4 milyon insana təxliyə xəbərdarlığı edildi

“Nanmadol” qasırğasının yaxınlaşdığı Yaponiyada 4 milyondan çox insana təxliyə olunmaq üçün xəbərdarlıq edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, ən ciddi təhlükə Kaqosima prefekturasında gözlənilir.

İdarənin məlumatına görə, ölkənin cənubundakı Kyuşu bölgəsində “Nanmadol” qasırğasına qarşı 5-ci səviyyəli xəbərdarlıq edib.

Xəbərdarlıq çərçivəsində 1,94 milyon evdə yaşayan 4 milyon 30 min insan üçün təxliyə çağırışları edilib.

Qeyd edək ki, ölkənin ən böyük hava yolu şirkətləri olan “Japan Airlines” (JAL) və “All Nippon Airways” ümumilikdə 500-dən çox reysin ləğv edildiyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*