Yaralı şəxs xəstəxanada həyəcanlı anlar yaşatdı - VİDEO
972
Dünən Xaçmaz rayonunda axşam saatlarında 30 yaşlı bir şəxs yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, həkimlər ona yardım etməyə çalışsa da, o tibbi personala hücum çəkib. Daha sonra həmin şəxs travmatologiya şöbəsinin sarğı otağına salınaraq, ona sakitləşdirici iynə vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq, sərxoş vəziyyətdə olan bu şəxsi müainə etmək mümkün olmayıb. Yaralı şəxs yataqdan qalxaraq həkimin üstünə hücum edib.
Bir müddət sonra xəstəxanaya Xaçmaz Rayon Polis Şöbəsinin PPX-nin əməkdaşları dəvət edilib. Yaralı şəxs müayinə edildikdən sonra polis şöbəsinə aparılıb.