Yas mərasimlərindəki dəbdəbələr yığışdırılacaq? – VACİB AÇIQLAMAbackend

Yas mərasimlərindəki dəbdəbələr yığışdırılacaq? - VACİB AÇIQLAMA

Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edildiyi barədə iddialar yayılıb.

Qeyd olunur ki, yasda təkcə çay süfrəsinə icazə verilir. İddialara görə, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Bəs, ehsan ənənəsini davam etmək, yoxsa mərhələli şəkildə dəyişdirilməsi daha məqədəuyğundur?

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlamasında bildirib ki, İslam dininə görə yas mərasimi üç gün ərzində keçirilir.

Şir hara idi?... - İlahiyyatçı Ağa Hacıbəyli

“Peyğəmbər Məhəmməd (s.ə.s) bu müddət ərzində hüznlü ailələrə mənəvi dəstək göstərilməsini tövsiyə edib. O, yaxınlarına xitabən, yas içində olan ailələrə özləri ilə yemək aparmalarını və onların dərdinə şərik olmalarını söyləyib. Məqsəd, həmin evdəki kədəri birlikdə yaşamaq və təsəlli verməkdir.

Ənənəyə əsasən, insanlar üç gün ərzində vəfat etmiş şəxsin evinə gedərək ailəyə mənəvi dayaq olur, dualar oxuyur, mərhumla bağlı xatirələrini bölüşərək yas sahiblərinə təsəlli verirlər. İslamda ehsan anlayışı isə təkcə yemək verməklə məhdudlaşmır. Bəqərə surəsinin 195-ci ayəsində bildirildiyi kimi, “Allah yaxşı iş görənləri sevər”. Yaxşı əməl kimi, yas evinə baş çəkmək, gözəl sözlər söyləmək, mərhumun ruhuna dua etmək də ehsan sayılır”.

İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimdə qeyd olunur ki, insanlara gözəl sözlər söyləmək onların ruhuna qida verir.

“Yas mərasimlərində mərhumun yaxşı xatirələrini dilə gətirmək, onun ailəsi üçün bir təsəlli mənbəyinə çevrilir.

Son illərdə Azərbaycanın bəzi bölgələrində yas mərasimlərində yemək verilməsi ənənəsindən tədricən imtina edilir. Bu, müsbət haldır. Yasın əsas məqsədi mərhumun ruhuna dua oxumaq, ailəsinə mənəvi dəstək göstərmək və Allahın razılığını qazanmaq olmalıdır”.

Yas mərasimi keçirdiyinə görə vətəndaşların cərimələnməsi qanunidirmi?

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, yas mərasimi təşkil etdiklərinə görə vətəndaşların cərimələnməsi və ya onlara qarşı hər hansı məhdudiyyətin tətbiqi qanunvericiliklə əsaslandırılmır.

“Bu cür tədbirlərin hüquqi əsası yoxdur,” – deyə hüquqşünas bildirir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyəti yalnız həmin məcəllədə nəzərdə tutulan hallara görə tətbiq oluna bilər. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət yalnız həmin məcəllədə nəzərdə tutulan hallarda tətbiq edilə bilər.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*