Yeddi dəfə “öldürülmüş” Bağdadinin Liviyada gizləndiyi açıqlandıbackend

Yeddi dəfə “öldürülmüş” Bağdadinin Liviyada gizləndiyi açıqlandı

İŞİD lideri Əbubəkr Bağdadi Liviyada gizlənir.

Bunu “Əl Masdar Nyus”a açıqlamasında iraqlı keçmiş naziri Bəkir Cabir Zübeydi deyib. Onun sözlərinə görə, Bağdadi Liviyanın mərkəzi hissəsində gizlənir və burada yeni “xilafət” formalaşdırmağı planlaşdırır.

Qeyd edək ki, bundan öncə Bağdadinin Suriya, İraq və Əfqanıstanda gizlənməsinə dair müxtəlif iddialar ortaya atılmışdı.

Qeyd edək ki, son beş ildə Əbubəkr Bağdadinin öldürüldüyü barədə ən azı yeddi dəfə xəbər yayılıb, ancaq bu xəbərlərin dezinformasiya olduğu ortaya çıxıb.

Ola bilər ki, onun hazırda Liviyada olması xəbəri də dezinformasiyadır, iz azdırmaq məqsədi daşıyır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*