Yeni cins qoç Rekordlar Kitabına DÜŞDÜbackend

Yeni cins qoç Rekordlar Kitabına DÜŞDÜ

Qazaxıstanın Türküstan bölgəsindən olan bir fermerin yetişdirdiyi Million adlı qoç çəkisinə görə Rekordlar Kitabına düşüb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, dörd yaşlı qoçun çəkisi 231 kq, boyu 1,05 metrdir.

Qeyd olunub ki, xaricdən gələn fermerlər yeni “Baysary” cinsinə maraq göstəriblər.

Təsərrüfat sahibi yeni qoyun cinsini rəsmi qeydiyyata almaq niyyətindədir.

Məlumata görə, adi qoçlar ildə 30 kq çəkiyə çatırsa, yeni Baysary cinsi artıq dörd aydan sonra 75 kq çəkidə olur. Bir ildə belə quzular artıq 120 kiloqrama çatır.

Təsərrüfat sahibinin sözlərinə görə, bu cins qoyunların böyüməsində və inkişafında qidalanma və zəruri vitaminlər vacibdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*