“James Webb” kosmik teleskopu kainatın daha bir maraqlı obyektinin şəklini çəkib.
KONKRET.az “Space” saytına istinadən xəbər verir ki, bu dəfə o “Pillars of Creation” (Yaradılış sütunları) adlı obyekti lentə alıb.
“Yaradılış sütunları”ı Yerdən təxminən 7 min işıq ili uzaqlığında yerləşir. Təqdim olunan şəklə diqqətlə baxsaq, onun insan əlinə və ya qayalardan ibarət obyektə oxşadığını görərik.
Məlumata görə, o soyuq qazdan və toz hissəciklərindən təşkil olunub.
Xatırladaq ki, bu “Yaradılış sütunları”nın ilk görüntüsü deyil. Belə ki, 1995-ci ildə “Hubble” teleskopu ilə bu obyektin şəkli çəkilib. Lakin indi texnologiyanın inkişafı ilə birlikdə onun haqqında yeni informasiyalar əldə edilib.


Lent.az
