Yerə bənzəyən PLANETLƏR: Oraya 25 milyon ilə çatmaq olarbackend

Yerə bənzəyən PLANETLƏR: Oraya 25 milyon ilə çatmaq olar

Yerə bənzər planetlər helium, hidrogen və suyun fərqli formalarının qarışıqlarından ibarət möhkəm səthə malik olmayan qaz və buz nəhənglərindən xeyli fərqlənir. Belə planetlər təxminən eyni quruluşa malikdir: mərkəzlərində əsasən tərkibi dəmirdən ibarət olan metal nüvələr və bu nüvələri əhatə edən silikat mantiya var. Ay da buna oxşar quruluşa malikdir, amma dəmir nüvəsi yoxdur. Yerə bənzər planetlərin səthində kanyonlar, kraterlər, dağlar və vulkanlar ola bilər. Hətta qitələr…

Günəş sistemində beş Yerə bənzər planet var. Bunlar Merkuri, Venera, Yer, Mars və Sereradır. Aktiv hidrosferə sahib olduğu bilinən yeganə belə bir planet Yer kürəsidir. Beynəlxalq Astronomlar Cəmiyyəti 2005-ci il avqustun 10-da Əqrəb bürcündən təxminən 21 000 işıq ili uzaqda bir ulduzun ətrafında fırlanan “OGLE-2005-BLG-390Lb” adlandırılan, Yerin kütləsindən 5.5 dəfə böyük və çox soyuq bir planeti çəkdi. Bu, Yer kürəsinə bənzəyirdi. Planetin aşkarlanmasında “qravitasiya mikrolensizasiyası” adlanan metoddan istifadə edilib. Bu üsul kütləsi təxminən Yer qədər olan planetlərin kəşfinə yol açdı. Günəş sistemi xaricində kəşf edilən ən kiçik planet 15 işıq ili uzaqlıqdakı “qırmızı cırtdan” Qlize 876 ətrafında fırlanan üç planetdən biridir.

Nəzəri olaraq, əsasən silikon (məsələn, Yer) və karbon birləşmələrindən ibarət olan iki növ Yerə bənzər planetlər var. Bunlara “silikat” və “karbon” planetlər deyilir.

Bir sözlə, astronomlar illərdir kainatda həyatın ola biləcəyi planet axtarırlar. Bu araşdırmada yaşayışa uyğun gəldiyi düşünülən çox sayda planet kəşf edilib. Bu planetlərin bəzilərinin Yerə bənzər şərtləri var.

Proksima Sentavr b

Bu maraqlı planet Günəşə ən yaxın ulduz Proksima Sentavr ətrafında fırlanır. Cəmi 4.2 işıq ili uzaqlıqda yerləşir və olduqca yaxın olmasına baxmayaraq, elm adamları onun görünməsi üçün bir çox analiz və üsul hazırlamalı olublar. Proksima Sentavr bəzən Yerə yaxınlaşır, bəzən də demək olar ki, insan gedişi sürətində (5 km/s) uzaqlaşır. Tədqiqatçılar bu kiçik Doppler effektini və ya ulduzun Yerdən uzaqlaşdıqca siqnal tezliyindəki dəyişikliyi təhlil ediblər. Bu siqnal onun Yerdən təxminən 1.3 dəfə böyük bir planet ola biləcəyini göstərir.

Proksima Sentavrın planetar aktivlik olaraq görünməsini təmin edə bilən, Günəşdə olduğu kimi, partlayışları olan aktiv ulduzdur, bu da astronomların araşdırmalarını daha da çətinləşdirir.

Trappist-1

Olduqca soyuq olan Trappist-1 sistemi “2MASSJ23062928-0502285” adıyla da tanınır. “Nature” jurnalında nəşr olunan araşdırmaya görə, ən azı Yerə bənzər 3 planetdən ibarətdir. Bu planetlər ölçü və temperatur baxımından Venera və Yerə bənzəyir. 40 işıq ili uzaqlıqda yerləşir. Elm adamları mütəmadi olaraq sönən və parlayan Trappist-1-dən yayılan infraqırmızı siqnalı araşdırırlar. Ulduzun müntəzəm solması və parlaması planetimizlə bu ulduz arasında başqa obyektlərin ola biləcəyini göstərir. Bu üç planet Trappist-1 ətrafında 1.5, 2.4 və 7.3 gün civarında fırlanır.

Kepler-438b

Kepler-438b Yerdən təxminən 470 işıq ili uzaqlıqda cırtdan ulduzun ətrafında fırlanır. Astronomların fikrincə, bu planet radiusu və kütləsi ilə Yerə bənzəsə də, yaşayış üçün uyğun yer deyil. 2015-ci ildəki araşdırmaya görə, Kepler-438b-nin əsas ulduzu hər an partlamağa hazırdır və Günəşdən 10 qat güclü alovlar püskürür. Bu partlayışlar atmosfer üçün zərərli deyil, amma ətrafa yaydığı parçalar zamanla planetin atmosferini məhv edə bilər. Bunun hamısı planetin maqnit sahəsinə malik olub-olmaması ilə bağlıdır. Əgər maqnit sahəsi varsa, bununla öz atmosferini qoruya bilər.

OGLE-2013-BLG-0341LBb

Qəribə adı olan bu göy cismi yaşayışa yararlı ola biləcək bir planetin necə ikili ulduz sistemində yerləşə biləcəyini göstərir. Bu planet Yerlə Günəş arasındakı məsafədə olan ikili ulduz sistemində iki ulduzun ətrafında fırlanır. Amma bir problem var, planetin ulduzu Günəşdən daha zəifdir və Günəş qədər istilik yaratmır. Buna görə də bu planetdə həyatın olması ehtimalı azdır. Planetimizdən iki dəfə böyük olan bu göy cismi 2013-cü ilin iyulunda kəşf edilib. Planet Oxatan bürcündə, Yerdən 3000 işıq ili ətrafında fırlanır.

Kepler-186f

Kepler-186f astronomlar üçün əlamətdar kəşfdir. Yerə ən çox bənzəyən bu planetə yaşayış şəraiti olan məkan kimi baxılır. 2014-cü ildə kəşf edilən planet Yerdən 500 işıq ili uzaqda yerləşən “qırmızı cırtdan”ın ətrafında fırlanır. Planetin diametri Yerinkindən təxminən 1.1 dəfə böyükdür və planetdəki 1 il 130 dünya gününə bərabərdir. Elm adamları planetin sabit mühitdə olduğunu və nəhəng qaz planetlərində görünən çox böyük atmosferi əmələ gətirə bilməyəcəyini deyirlər. Ancaq bu qədər uzaqda olduğu üçün hazırda onun atmosferini öyrənmək mümkün kimi görünmür.

Qlize 667cc

Qlize 67 cc-nin kütləsi Yer kürəsindən 4 dəfə, radiusu isə 1.5 dəfə böyükdür. Bu planet Yerdən 24 işıq ilindən daha az məsafədə yerləşir. Planeti maraqlı edən onun yerləşdiyi yerdir. Astronomlara görə, ana ulduz Qlize 667C-nin ətrafındakı planetləri izləmək çətindir.

Tədqiqatçılar 2016-cı ildə Günəş sistemi xaricində iki planet aşkarlasalar da, digər beşi şübhəli sayılır.

Volf 1061c

Volf 1061c radiusu Yerdən dörd dəfə böyük olan, olduqca nəhəng planetdir. Atmosfer xüsusiyyətlərinə görə, Volf 1061c Yerdən daha çox Urana bənzəyir. Planet ana ulduzunun həyat ola biləcək zonasında yerləşir. Ancaq Günəş sistemindəki planetlərə bənzəyən səthi bərk olan iki qonşusu var.

Yerə bənzəyənlər də daxil olmaqla, sistemdəki digər planetlər ana ulduz ətrafındakı orbital dövrlərini 5 gündə tamamladıqları üçün son dərəcə istidirlər və həyat üçün uyğun deyillər. Digər yandan, həyat üçün uyğun şəraitdə fırlanmasını 67 gün ərzində tamamlayan digər çox böyük bir planet də var. Bu sistem təxminən 14 işıq ili uzaqdadır, bu da o deməkdir ki, həmin planetlərin atmosferləri üzərində araşdırmalar aparmaq olar.

Kepler-22b

2011-ci ildə Kepler kosmik teleskopu ilə kəşf edilən Kepler-22b Günəş sistemi xaricində yaşamaq üçün uyğun ola biləcək bir planet hesab olunur. Yerdən təxminən 2.4 dəfə böyükdür. Ətrafında dövr etdiyi ulduz Günəşə çox bənzəyir və Yerə bənzər orbitə malikdir. Onun orbiti 290 Yer gününə bərabərdir. Kepler-22b-nin səthinin orta istiliyi təxminən 22 dərəcə selsidir. Yerlə müqayisədə böyüklüyünə görə bəzi tədqiqatçılar planetin bir okeanla örtülü ola biləcəyini irəli sürürlər. Hazırda bu barədə dəqiq bir şey söyləmək mümkün deyil, çünki planet 600 işıq ili uzaqdadır və hazırda ətraflı araşdırma aparmaq çox çətindir.

Kepler-62e

Kepler teleskopu tərəfindən kəşf edilən planet Yerin əkizlərindən biridir. Tamamilə maye ilə örtülmüş planetin səthinin temperaturu 29 dərəcədir. 5 planetli ulduz sistemində, 1200 işıq ili uzaqda yerləşir. Planetdə həyat potensialının ola biləcəyi ehtimal olunur.

Kepler-69c (KOI-172.02)

2013-cü ildə tapılan, “Super Yer kürəsi” adlandırılan COI həyat üçün ”namizəd” olaraq qəbul edilir. Planetdə Yerdən 1.5 dəfə böyük bir okeanın ola biləcəyi düşünülür. Yerdən 1.5 dəfə böyük olan planetdə 1 il 242 gün çəkir.

Kepler 452B

Yer kürəsindən 1.5 dəfə böyükdür. Bu, Qu bürcündə yerləşən Kepler-452 ətrafında fırlanan ekzoplanetdir. Kepler-452b Kepler kosmik aparatı tərəfindən 2015-ci ildə kəşf edilib. Kepler-452b tapılan Yerə yaxın ölçülü ilk planetdir. Bu günə qədər məlum olan dördüncü Yerə bənzər ekzoplanetdir. Kepler-452 Günəş sistemindən təxminən 1400 işıq ili uzaqdadır. 58 536 km/saat sürətlə hərəkət edən “Nyu-Horizon” kosmik gəmisi təxminən 25.8 milyon il sonra bura çata bilər.

Kepler-442b

Kepler-442b Yerdən təxminən 1206 işıq ili məsafədə, Kepler-442 sistemində yerləşən ekzoplanetdir. Planet təxminən 112.3 günlük orbital dövrü olan, ulduzundan təxminən 61 milyon 200 min mil məsafədə yerləşir. Planetin kütləsi Yerdən təxminən 2.3 dəfə daha böyükdür. Potensial yaşayış üçün ən perspektivli namizədlərdən biridir. Çünki ana ulduzunun kütləsi Günəşdən ən azı 40% daha azdır. Beləliklə, təxminən 30 milyard ilədək yaşaya bilər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*