Yüksək çinli məmurları aldatmaqda günahlandırılan Natiq Əsgərov: “Haqqımda deyilənlər həqiqətəuyğun deyil”backend

Yüksək çinli məmurları aldatmaqda günahlandırılan Natiq Əsgərov: “Haqqımda deyilənlər həqiqətəuyğun deyil” - VİDEO

Xaçmaz rayon Çarxı kənd sakini Natiq Əsgərov KONKRET.az saytına müraciət edərək onun haqqında “Xaçmaz sakini nazir və polis rəisini belə aldatdı” başlıqlı yazıya etirazını bildirib. O bildirib ki, onun haqqında deyilənlər həqiqətəuyğun deyil və o, həqiqətən imkansızdır. Onun sözlərinə görə, dolanışıq üçün aylıq pensiyası ona kifayət etmir. Natiq Əsgərov redaksiyamıza bu məlumatın kim tərəfindən verildiyini təkidlə öyrənmək istədiyini deyib. Lakin xüsusi müxbir Cəlal Fərzəliyev məlumatın mənbəyinin açıqlaya bilməyəcəyini qeyd edərək onun mövqeyini videoya çəkib. Yeri gəlmişkən bildirək ki, Natiq Əsgərov haqqında gedən yazıda onun dəfələrlə “Azərlotereya”da pul mükafatı qazandığını, buna baxmayaraq, Baş prokuror Zakir Qaralov, Gənclər və İdman naziri Azad Rəhimov və daha yüksək çinli vəzifəli şəxslərin qəbuluna yazılaraq pul istədiyi bildirilib.

Son dəfə isə ona Xaçmaz Rayon Polis Şöbəsinin yeni təyin olunan rəisi ilə bir neçə aztəminatlı ailənin görüşündə maliyyə yardımı göstərildiyi qeyd edilib.

Natiq Əsgərov isə video-müsahibədə özünün haqlı olduğunu deyərək aztəminatlı ailə başçısı kimi yardım almaq hüququna malik olduğunu vurğulayıb. Natiq Əsgərovun mövqeyini bildirən videomüsahibəni oxucuların diqqətinə çatdırırıq.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*