Zatulin Ermənistanda “arzuolunmaz şəxs” ELAN OLUNDU – Ölkəyə girişi QADAĞAN EDİLDİbackend

Zatulin Ermənistanda “arzuolunmaz şəxs” ELAN OLUNDU - Ölkəyə girişi QADAĞAN EDİLDİ

Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib, o, “arzuolunmaz şəxs” elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazırb. Qəzet bildirir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib.

“Bizdə olan məlumata görə, Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Həmin andan Ermənistanda o, arzuolunmaz şəxs hesab olunur.

“Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin dəfələrlə bəyan edib ki, Nikol Paşinyan getməlidir. O, Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri parçalamaqda ittiham edib. Və Ermənistana son səfəri zamanı “Yerkir Media” telekanalına müsahibəsində Zatulin Ermənistanın Baş nazirini Ermənistan ərazisindən “dəhliz” açacaq sənəd imzalamaqda ittiham edib. “Mümkün dəhlizlə bağlı sualları imzalayanlara ünvanlamaq lazımdır, “dəhliz”i Paşinyan imzalayıb”,  Zatulin bildirib”, – deyə “Haykakan Jamanak” qəzeti yazıb.

Qeyd edək ki, Konstantin Zatulin ermənipərəstliyilə həmişə Azərbaycana qarşı çıxışlar edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*