Zelenski: “Rusiya Ukraynaya 4500-ə yaxın raket atıb”backend

Zelenski: "Rusiya Ukraynaya 4500-ə yaxın raket atıb"

Rusiya Ukraynaya 4500-ə yaxın raket atıb və ehtiyatları azalıb. Buna görə də onlar İrandan uyğun qiymətə silahlar alırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski “Haaretz”ə bildirib.

O, İsrailin Ukrayna müharibəsində neytrallığını tənqid edib.

Zelenski İsraili Qərblə birlikdə hərəkət etməyə və Kiyevi silahla təmin etməyə çağırıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri Benni Qantz ukraynalı həmkarı Oleksiy Reznikov ilə telefon danışığında ölkəsinin Kiyevə silah tədarük etməyəcəyini, lakin mülki insanların həyatını xilas edəcək erkən xəbərdarlıq sistemi ilə təmin edə biləcəklərini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*