Zelenski Dnestryanı və Abxaziyanın işğaldan azad edilməsi üçün platformalar yaratmağı təklif edib.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Zaqrebdə keçirilən Beynəlxalq Krım Platformasının Birinci Parlament Sammitinin sessiyasında onlayn çıxışı zamanı deyib.
Volodimir Zelenski Krım Platforması formatını digər humanitar və diplomatik platformalar üçün başlanğıc etməyi təklif edib. Bu da işğal altında olan digər ərazilərin – Dnestryanı və Abxaziyadan tutmuş Şimal ərazilərinə qədər azad edilməsinə töhfə verəcək.
Onun sözlərinə görə, Krım artıq 9 ildir ki, normal yaşamaq imkanından uzaqlaşıb.
Prezidentin sözlərinə görə, indi Ukraynaya ərazi bütövlüyünün bərpasına dəstək üçün üç şey lazımdır: hərbi, maliyyə və sanksiyalar.
O, Platforma iştirakçılarına Ukrayna bayrağının Krıma qaytarılmasından dərhal sonra oraya mütləq səfər etməyə çağırıb.
Zelenskinin sözlərinə görə, yarımadanın işğaldan azad edilməsi əsl sülhün dirçəlməsi demək olacaq.
“Ukrayna bayrağı yenidən öz layiqli yerində – Krımın şəhər və kəndlərində olanda Rusiyanın təcavüz potensialı kökündən məhv olacaq. Krımı Rusiyanın tramplin kimi istifadəsindən azad etmək lazımdır. O zaman dünya hiss edəcək. ki, daha itkilər olmayacaq və dünya təhlükəsizləşir”, – deyə dövlət başçısı bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
