Zelenskiyə “Avroviziya”nın finalında çıxış etməyə İCAZƏ VERİLMƏDİbackend

Zelenskiyə "Avroviziya"nın finalında çıxış etməyə İCAZƏ VERİLMƏDİ

Zelenskiyə “Avroviziya” tamaşaçıları qarşısında çıxış etməyə icazə verilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Avropa Yayım Birliyi (AYB) Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Avroviziya” musiqi yarışmasının finalından əvvəl çıxış etmək imkanından məhrum edib,

Zelenski Ukraynanı dəstəkləməyə davam etmək çağırışı ilə tədbirin 160 milyonluq auditoriyasına video zəng etmək niyyətində idi. Bununla belə, AYB Ukrayna liderinin müraciətində siyasi çıxışı qadağan edən tədbirin qaydalarına zidd olduğunu görüb.

“Avroviziya” yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsiplərə malik beynəlxalq əyləncə şousudur. Onun təməl daşlarından biri də hadisənin qeyri-siyasi xarakter daşımasıdır. Bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsini qadağan edir”, – AYB öz mövqeyini açıqlayıb.

Keçən il Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısını ifa edən “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi olub. Onun qələbəsindən sonra müsabiqəyə Ukrayna ev sahibliyi etməli idi, lakin müharibə səbəbindən Böyük Britaniyaya köçürüldü.

“Avroviziya” finalı mayın 13-də baş tutacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*