Zəlzələdə ölənlərin sayı 157-yə çatdıbackend

Zəlzələdə ölənlərin sayı 157-yə çatdı

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157-yə çatıb, daha 170 nəfər xəsarət alıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Nepal Baş Polis İdarəsinin mətbuat xidməti X-də bildirib.

Nepal Polisi daha əvvəl zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrinin çoxu ilə əlaqənin çətin olduğu üçün qeydə alınan itkilərin sayının artacağını gözlədiklərini bildirib.

Nepal Monitorinq və Tədqiqat Mərkəzi noyabrın 3-də yerli vaxtla saat 23:47-də zəlzələ qeydə alıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, maqnituda 5.6, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə 6 bal təşkil edib.

Yeraltı təkanlar episentrdən 800 kilometr məsafədə yerləşən Yeni Dehlidə hiss olunub. Zəlzələnin episentri Nepalın paytaxtı Katmandudan 400 kilometr aralıda yerləşən Cayarkot rayonunda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*