Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunurbackend

Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur

Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur.

KONKRET.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, şəhərin ümumi insan sayını nəzərə alaraq, yeni və daha böyük bir məscidin tikintisinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*