Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.
KONKRET.az xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur.
O, Murovda ermənilərin müşahidə postunu dağıdıb. Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.
Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər tələyə salsa da, o, tələdən çıxmağı bacarıb.
Böyük şücaət göstərən əsgərimiz hazırda sağalmaq üzrədir./sonxeber.az/


Şükür Allahın böyüklüyünə.Nə yaxşıki,belə mərd oğullarımız var.Belə mərd oğullarla Vətən basılmaz!Aılah yardımçısı olsun.Amin.
Allaha çox şükür! 🤲 Allah Azərbaycanımızın mərd, qeyrərli oğullarını qorusun! 🇦🇿♥️🇦🇿