Zooparkdan qaçmış meymunu dronla tapdılar – FOTObackend

Zooparkdan qaçmış meymunu dronla tapdılar - FOTO

Şotlandiyada zooparkdan qaçmış meymunu dronla tapıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Highland” vəhşi təbiət parkından qaçmış meymun dağlıq ərazilərdə müşahidə aparan dron tərəfindən aşkar edilib. “Makaka” adlı meymunun dron görüntüləri dərhal axtarış mərkəzinə ötürülüb.

Amma bütün cəhdlərə baxmayaraq, “Makaka”nı yaxalamaq mümkün olmayıb. Qeyd edək ki, meymun Avropanın nəsli kəsilməkdə olan növlər proqramı çərçivəsində xüsusi ərazidə saxlanılıb.

Məlum olub ki, Şotlandiyanın Kral Zooloji Cəmiyyəti bu yaxınlarda “Makaka”nın qaçdığı barədə məlumat yaymışdı.

Meymunun çətin vəziyyətdə olduğu güman edilir və Şotlandiyanın axtarış briqadası hələ də heyvanı ələ keçirə bilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*