Ordumuz Xəzərdə “düşməni” məhv etdi – Fotobackend

Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.

Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının icrasına hazırlığının yoxlanılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*