102 yaşlı Fatma Səttarova səs verdi – FOTOLARbackend

102 yaşlı Fatma Səttarova səs verdi - FOTOLAR

İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib.

Bu barədə KONKRET.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*