Sevil – Sevinc ölüm anlarını yaşadı: “Oradan sağ çıxmaq…” – VİDEObackend

Sevil - Sevinc ölüm anlarını yaşadı: “Oradan sağ çıxmaq…” - VİDEO

Əkiz bacılar Sevil  və Sevinc Səfərovalar sosial şəbəkə hesablarında paylaşım edərək çətin və gərgin anlar yaşadıqlarını bildiriblər.

KONKRET.az xəbər verir ki, ifaçılar qeyd ediblər ki, iştirak etdikləri xaricdəki məclisdən atışma səsləri altında Vətənı geri dönüblər:

“Çox şükür, bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımızdadır, alovların içindən keçdiyimiz anlar gözümüzün önündən getmir. Hər saniyə sanki son anımız idi. Oradan sağ çıxmaq artıq şans deyil, Allahın bizə verdiyi ikinci həyatdır,”  – deyə bacılar vurğulayıblar.

Müğənnilər həmçinin sənətçilərin həyatının kənardan göründüyü kimi asan olmadığını qeyd ediblər:

“Kimsə deməsin ki, müğənnilərin işi asandır! Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir…” .//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*