Dəm qazı 73 yaşlı kişinin həyatına son qoydubackend

Dəm qazı 73 yaşlı kişinin həyatına son qoydu

Tovuzda yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb. Məlumata görə, yaşlı kişi tək yaşayırmış.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Tibbi Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*