Danimarkada 18 yaşlı gənc oğlan ABŞ-ın Kopenhagendəki səfirliyi qarşısında özünü yandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yanğın söndürülüb və yaralı xəstəxanaya aparılıb.
Məlumata görə, təcili yardım gələn zaman zərərçəkmiş huşunu itirib. Polis onun həyatına təhlükə olmadığını bildirib.
Danimarka polisi gəncin kimliyi və hadisənin motivləri barədə şərh verməkdən imtina edib.
İqbal Rzayev,
KONKRET.az
