Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibilxanada aşkarlanıbbackend

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibilxanada aşkarlanıb

Böyük Britaniya Müdafiə Nazirliyinin məxfi sənədləri ölkə ordusunun ən böyük hərbi bazasının yaxınlığındakı poliqonda aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Sun on Sunday” qəzeti yazıb.

Sənədlər təsadüfən İngiltərənin Şimali Yorkşir qraflığındakı Ketterik qarnizonundan təxminən 4 km məsafədə yerləşən bələdiyyənin zibilxanasında bir yolçu tərəfindən tapılıb. Nəşrin məlumatına görə, materiallarda hərbi qulluqçuların şəxsi məlumatları, silahların saxlanılması, qarovulun dəyişdirilməsi, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara cavab protokolları barədə məlumatlar var. 

Ketterik bazasında təxminən 13 min hərbçi yerləşdirilib.

Krallığın hərbi polisi hadisəni araşdırmağa başlayıb. Böyük Britaniya Ordusunun nümayəndəsi bildirib ki, ilkin qiymətləndirmələrə görə, aşkar edilmiş sənədlərdə operativ müdafiə ilə bağlı gizli məlumat yoxdur.\”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*