ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoyubbackend

ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoyub

ABŞ-də müşahidə olunan anomal isti hava şəraiti azı 25 nəfərin həyatına son qoyub.

KONKRET.az xəbər verir ki, ölüm hallarının böyük əksəriyyəti Nyu-Cersi ştatında qeydə alınıb. Burada istilərin təsiri nəticəsində 22 nəfər ölüb.

Ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evaisin sözlərinə görə, həyatını itirənlər əsasən 30-80 yaş aralığında olan şəxslərdir. Ölüm faktları 10 dairədə, daha çox isə ştatın mərkəzi və şimal bölgələrində qeydə alınıb.

Telekanalın məlumatına əsasən, İllinoys ştatında bir, Missisipidə isə iki nəfər isti hava səbəbindən ölüb. Həlak olanların bir qismi kondisioneri olmayan evlərdə, digərləri isə küçədə və ya park edilmiş avtomobillərdə aşkarlanıb.

Qeyd edək ki, iyulun 4-də müşahidə olunan ekstremal istilər Vaşinqtonda ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərə də təsir göstərib. Milli xiyabanda təşkil olunan bayram mərasimində bəzi iştirakçılara tibbi yardım göstərilməsi zərurəti yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*