FIFA bu futbolçuya güzəşt etdibackend

FIFA bu futbolçuya güzəşt etdi

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.

KONKRET.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.

Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.\\Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*