Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər – FOTObackend

Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) gümüş medala yiyələnmişdi.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO

Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*