2 nəfərə cinayət işi açıldı, 203 nəfər cərimələndibackend

2 nəfərə cinayət işi açıldı, 203 nəfər cərimələndi

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 7-8-də Bakı şəhərində və ölkə ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Bildirilib ki, 5395 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*