216 il əvvəlin “əbədi müddətə bağlanan” “andlı öhdəlik” BƏYANATI VƏ RUS KİLSƏLƏRİbackend

216 il əvvəlin “əbədi müddətə bağlanan” “andlı öhdəlik” BƏYANATI VƏ RUS KİLSƏLƏRİ

Əziz oxucularım, bir həqiqəti, bir faciəni, gələcəyimizə tuşlanmış bir mərminin dağıdacağı arenanı, bir bədbəxtliyin kökünü sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm.

Xahiş edirəm dözün, sona qədər oxuyun! Nadir Şahın ölümündən (1747) sonra Azərbaycan ərazisində xanlıqlar yarandı.

Onlardan biri də xeyli böyük ərazisi olan Qarabağ xanlığı idi. O vaxtın parametrlərinə uygün olaraq onu dövlət də adlandırmaq olardı.

Pənah xanın oğlu İbrahimxəlil xan (1763-cü ildə) Qarabağ xanlığının başına keçdi. Hələ o illərdə Çar Rusiyası bu torpaqlarda gözü olduğunu yerli alban erməni məliklərini silahlandıraraq Qarabağ xanlığına, onun şəhər və kəndlərinə yürüşlər etməklə ortaya qoyurdu.

Qarabağ xanlığı sürəkli ermənilərin hücumlarına,”səlib yütüşlərinə” meydan olurdu. Qan- faciə Qarabağdan əskik olmurdu. Qarabağı ruslara təslim etməyin səbəbləri: Xanın can qorxusu Elə həmin vaxt Ağa Məhəmməd Şah Qacar Şuşaya hücuma keçdi.

1795-ci ildə həyata keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə tab gətirdi. Amma canının qorxusundan İbrahimxəlil xan Şuşanı tərk etdikdən sonra başsız qalmış qala təslim oldu:,

1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirdi. Bır neçə gündən sonra Ağa Məhəmməd şah saray sui-qəsdi nəticəsində Şuşada öldürüldü.(İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd Cavanşir tərəfindən)

Onun qoşunu pərən-pərən olub geriyə qayıtdı. Tökülən çox qanlar bahasına yenidən hakimiyyətə gələn İbrahimxəlil xanın ilk işi hakimiyyətə layiqli namizəd olan Məhəmməd Cavanşiri öldürtmək oldu.

Əslində həm xalq M. Cavanşiri istəyirdi, həm də xan qocalmışdı. Zaman da göstərdi ki, xalq haqlıymış. Qoca xan nəinki ölkəsini, heç sarayını da idarə etməyi bacarmırdı. Siyasət isə çox qarmaqarışıq bir durumdaydı.

Qacar tərəfdarları ilə rus tərəfdarları arasında ölkədə gərgin mübarizə başlamışdı. Fətəli şah Qacarın iradəsinə əsasən Ağa Məhəmməd şaha qarşı sui-qəsdin iştirakçılarından biri olan pişxidmət Səfərəlini Şəki xanından alıb at kimi nallamaqla cəzalandırdılar.

Şahın tikə-tikə olmuş nəşini isə zərli parçalara bükərək Tehrana göndərdilər. Bir müddətdən sonra İbrahimxəlil xanın oğlu Əbülfət xan Qacar sarayına girov göndərildi, qızı Agabəyim ağa isə Fətəli şaha ərə verildi. Azərbaycandakı bütün xanlıqlar bu arada İran şahlarını ya Çar Rusiyasını seçmək kimi bir dillemma qarşısında qalmışdı.

1803-cü ildən Rusiya Azərbaycan torpaqlarının işğalına başlamışdı. Çünki birləşib-birlik olub İşğalçı iran şahlarına, çar rusiyası ordusuna qarşı vuruşmaq əvəzinə bir- birinə arxadan zərbə vurmaq, fürsət düşdükcə bir-birinə basqınlar etməklə , talan qarət işləri ilə məşğul olmaqla xanlıqlar sonunu gətirirdi.

“Əbədi müddətə bağlanan” Qarabağın Rusiya ilhaqı Başqa xanlıqlardan kömək gəlmədiyini görən 1803-cü ilin yayından Car-Balakən, 1804-cü il yanvarm 2-də isə Gəncə qalası ruslar tərəfindən işğal olundu. Cavad xan isə öldürüldü.

Dövrünün müasir silahlarla təchiz edilmiş rus ordusuna müqavimət göstərməyi qeyri-mümkün hesab edən və gəncəli Cavad xanın aqibətini yaşamaq istəməyən İbrahimxəlil xan Rus qoşunlarının komandanı general Sisianovun hədəsindən sonra xan canının qorxusunda seçimini etdi.

1805-ci il mayın 14-də Gəncə şəhərinin 20 verstliyində, Kürəkçay sahilində general Sisianovla İbrahimxəlil xan arasında müqavilə bağladı və Qarabağ Rusiyaya birləşdirildi, onun vassalı oldu. Xanın səlahiyyətləri xeyli məhdudlaşdırıldı.

Müqaviləyə əsasən, xan qonşu hakimlərlə heç bir əlaqəyə girməməli, daxil olan məktubların əhəmiyyətlilərini Rusiyanın Qafqazdakı baş komandanına göndərməli idi. 11 maddədən ibarət “Adlı öhdəlik” adlanan bu müqavilə preambula (bəyannamənin, yaxud beynəlxalq müqavilənin giriş və ya müqəddimə hissəsi;) şuşalı və qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, maddələrdə bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi.

Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi təqdim edilməsidir.

Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Ölkəsini Rusiyaya təslim edib, Qarabağı əbədi vassala çevirən xanın “mükafatı” İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, ―Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi .

Rus qoşunu Şuşaya gəlir. Aradan cəmi bir il keçməmiş İbrahimxəlilxan böyük bir səhv etdiyinin fərqinə vardı. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.

Rusların yeni kilsəsi:Tarixin təkrarı yaxud , “Şah” və “mat” Həmin vaxt Şuşanı işğal etmiş rus əsgərləri üçün kilsə lazım oldu. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı. 1806-cı ildə ruslar tərəfindən divanxananın yanında zəng qülləsi tikildi.

Beləcə Şuşada rus əsgərləri üçün tikilən provaslav kilsəsini mənimsəyən ermənilər müharibə zamanı mərmidən dağılmış həmin kilsə ilə Azərbaycanı vurmaqdan əl çəkmirlər. Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni” kilsəsinin dağıdılmasını özlərinə qarşı, ümumilikdə bütün xristiyan dünyasına qarşı cinayət hesab edirlər.

Günü bu gün də ermənilər bu faktdan yararlanmağa çalışırlar. Son olaraq:Qarabağda Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin əsas bazasının dislokasiya olunduğu məkanda rus pravoslav kilsəsinin açılışı olub.

Kilsənin açılışı avqustun 14-ü saat 12:00-da keçirilib. Xatırladaq ki, 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 11-dən “sülhməramlı” adı altında Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ ərazisinə yeridirilmiş Rusiya hərbi kontingentinin əsas bazası Xocalı rayonu ərazisindəki hava limanında yerləşir. Deyilənə görə, elə kilsə də bu rayon ərazisindədir. Əntiqə – Əntiqə işlər…

Əntiqə Rəşid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*