25 yaşlı porno model işsiz qaldı – Depressiyaya düşdübackend

25 yaşlı porno model işsiz qaldı - Depressiyaya düşdü

Məşhur britaniyalı model depressiyaya girdiyi üçün porno sənayesindəki karyerasına son qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Star xəbər verir.

25 yaşlı Louri Rouz dindar ailədə böyüyüb və müntəzəm olaraq kilsəyə gedib. O, uşaq ikən cinsi travma keçirib. Bu da onun həyatını xoşagəlməz istiqamətə yönəldib. Porno aktrisa ilk dəfə OnlyFans-da açıq məzmunlu fotolar dərc edib.

Porno modelin dediyinə görə, əvvəlcə seks sənayesində işləməyi xoşlayırdı, lakin zaman keçdikcə psixi sağlamlığı pisləşməyə başladı. “Mən başlayanda hər şey o qədər də ifrat deyildi. Ancaq indi abunələrə çevrilən baxışları əldə etmək üçün ən ədəbsiz şeyləri etməlisən”, – deyə o vurğulayır. Bundan əlavə, Rouzun sözlərinə görə, o, həm internetdə, həm də real həyatda tənqid və qınaqla üzləşib. Qız da ailəsi ilə ünsiyyəti dayandırıb – yaxınları onun fəaliyyətini biləndə ondan üz döndəriblər. Bütün bunlar depressiyaya səbəb olub və porno model kömək üçün mütəxəssisə müraciət edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*