“2996 hərbçinin cəsədinin məhkəmə ekspertizası keçirildi” – Ermənistan Səhiyyə Nazirliyibackend

"2996 hərbçinin cəsədinin məhkəmə ekspertizası keçirildi" - Ermənistan Səhiyyə Nazirliyi

Bu günədək Ermənistan Səhiyyə Nazirliyində İkinci Qarabağ savaşında ölən 2996 hərbçinin cəsədinin məhkəmə ekspertizası aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan açıqlama yayıb. Məlumatda deyilir ki, “Ölən 2 min 996 hərbçinin cəsədi məhkəmə tibbi ekspertizasından keçib. Müharibənin başlanğıcından bu günə qədər qohumlarından 1816, ölənlərin cəsədlərindən 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyənləşdirilməsi prosesi davam edir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*