Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdibackend

Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi

Bir neçə gün əvvəl metronun “Əcəmi” stansiyası yaxınlığında yerləşən mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslərin kimliyi məlum olub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, geyim mağazalarının birindən oğurluğa cəhd edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb. Hazırda araşdırma davam etdirilir.

Xatırladaq ki, satıcı onların hərəkətini gördükdə qadınlar “çantaya uşaq qoyub, bilməmişik” cavabını veriblər.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*