“Azərbaycanlıların ən çox yaşadığı bölgələrdən biri Masis və Vardenis rayonları olub”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanda kütləvi aksiyalara rəhbərlik edən keşiş Baqrat Srbazan deyib. O, fikirlərini belə davam etdirib:
“1988-ci ilə qədər Masis rayonunda azərbaycanlılara görə buradan heç kim keçə bilmirdi. Çünki bu rayon demək olar ki, tamamilə azərbaycanlılardan ibarət idi. Bu adamlar getdiyi üçün bəzi ermənilər ağlayırdı. İndi İlham Əliyev deyir ki, Qərbi Azərbaycana 300-400 min azərbaycanlı köçürüləcək. Siz nə düşünürsünüz? Mənə elə gəlir ki, Paşinyanın onlarla daxili razılaşması var, hətta yerlər, ünvanlar da bölünür. Nə deyim, ən təhlükəli bölgələrdən biri də bu bölgədir və biz buna dözəcəyikmi?”, – deyə o bildirib.
Natiq Səlim,
KONKRET.az