“Rusiya öz milli maraqlarını müdafiə etməkdən heç vaxt əl çəkməyəcək” – Antonovbackend

"Rusiya öz milli maraqlarını müdafiə etməkdən heç vaxt əl çəkməyəcək” - Antonov

ABŞ hökuməti Rusiya iqtisadiyyatını məhv etmək üçün yeni yollar icad edir, lakin onun cəhdləri uğursuzluğa düçar olacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Vaşinqton növbəti dəfə Rusiya iqtisadiyyatını məhv etmək üçün əbəs yerə cəhdlərini gücləndirdi. Ya ümidsizlikdən, ya da illüziyalara görə ABŞ hakimiyyəti fanatik şəkildə ölkəmizə zərər vurmaq üçün yeni tədbirlər icad edir”, – Antonov bildirib.

Səfir qeyd edib ki, Rusiya artıq “minlərlə qeyri-qanuni birtərəfli məhdudiyyətlər” altındadır, lakin bu, Rusiya iqtisadiyyatının çökməsinə səbəb ola bilməyib.

“Rusiyanın yeni reallıqlara sürətlə uyğunlaşması bizim düşmənlərimizi qıcıqlandırır. Hətta Ağ Evə yaxın jurnalistlər də məyusluqla etiraf edirlər ki, Rusiya iqtisadiyyatı bütün “blitskrieg” cəhdlərinə baxmayaraq, möhkəm dayanır”, – diplomat vurğulayıb.

“Rusiya “beynəlxalq münasibətlərdə bərabərlik və təhlükəsizliyin bölünməzliyi prinsiplərini qətiyyətlə qoruyaraq, öz milli maraqlarını müdafiə etməkdən heç vaxt əl çəkməyəcək”, – deyə səfir əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*