Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdibackend

Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi

Argentinalı futbolçu Lukas Trexonun ailəsi Venesueladakı zəlzələdə faciəvi şəkildə həlak olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 74 saatlıq fasiləsiz axtarışlardan sonra 38 yaşlı müdafiəçinin xanımı və iki uşağının meyitləri dağıntılar altından çıxarılıb.

Bu barədə məlumat yayan “Maritimo” klubu futbolçusuna başsağlığı ünvanlayıb.

Hadisə baş verən vaxt Karakasdakı oyunda olan Trexo, qayıtdıqdan sonra evinin tamamilə yerlə-yeksan olduğunu görüb.

O, günlərdir ailəsinin tapılması üçün xilasedicilərə kömək edirdi.

Qeyd edək ki, fevral ayından Venesuelanın “Maritimo” klubunda oynayan müdafiəçi, daha əvvəl Argentina, Kolumbiya, Peru, ABŞ və Yunanıstan komandalarının da formasını geyinib.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*