“Moskva ABŞ-ın Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı verdiyi rəylə razılaşmır və onu dinləməyə hazır deyil”.
KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış eidb.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi jurnalistlərə bildirib ki, Vaşinqtonun fikrincə, Rusiyada prezident seçkiləri azad və ədalətli yekunlaşmayıb.
“Biz bu qiymətləndirmə ilə qətiyyən razılaşmırıq. Dünən axşam saatlarında jurnalistlərə açıqlama verən [Rusiya prezidenti] Vladimir Putin belə qiymətləndirmələrin çox gözlənilən və proqnozlaşdırıla biləcəyini deyib”, – Peskov bildirib.
O vurğulayıb ki, əslində, ABŞ-dan belə mövqe gözlənilən idi:
“Bzimlə faktiki olaraq müharibə şəraitində olan ölkədir. Əlbəttə, başqa qiymətləndirmələr gözləmək mümkün deyildi”, – Peskov qeyd edib.
Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 99,43%-nin işlənməsindən sonra hazırkı dövlət başçısı Vladimir Putin 87,32% səslə öndədir.
Burhan,
KONKRET.az
