Bayramdan sonra ət bazarında nə baş verəcək? – Qiymətlərlə bağlı VACİB AÇIQLAMAbackend

Bayramdan sonra ət bazarında nə baş verəcək? – Qiymətlərlə bağlı VACİB AÇIQLAMA

Qurban bayramı ərəfəsində ət bazarında müşahidə olunan qiymət artımı yenidən müzakirələri alovlandırıb. Bayram günlərində tələbatın yüksəlməsi səbəbindən bəzi satış məntəqələrində qiymətlərdə artım qeydə alınsa da, yay mövsümünün başlaması ilə bazarda vəziyyətin dəyişəcəyi ehtimal edilir.

Bəs Qurban bayramından sonra ətin qiymətində ucuzlaşma olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ət bazarında qiymət dəyişiklikləri əsasən tələb və təklif balansından asılıdır:

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala  biləcəksiniz | KONKRET

“Bazarda ətin qiymətinin düşməsi və ya yüksəlməsi tələb və təklifə görə dəyişir. Hazırda müəyyən qədər qiymət artımı bayramla əlaqədardır. Qurban bayramı dövründə insanlar daha çox qurbanlıq heyvan və ət məhsulları aldığı üçün bazarda canlanma yaranır”.

Ekspert qeyd edib ki, yay mövsümünün başlaması ilə ət məhsullarına əvvəlki dövrlərlə müqayisədə tələbat bir qədər azalır:

“Hazırda yay fəslinin gəlişi ilə əlaqədar olaraq ət məhsullarına tələbat o qədər də yüksək deyil. Bu səbəbdən bayramdan sonra qiymətlərdə müəyyən qədər enmə və ya sabitləşmə müşahidə oluna bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*