Rusiyanın “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) qurumu mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır.
KONKRET.az xəbər verir ki, xidmətin bəyanatında bildirilib:
“Göndərilən məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər Ermənistandan gətirilən və göndərilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək”.
