Ərdoğan Yunanıstanın baş naziri ilə razılşmadı – VİDEObackend

Ərdoğan Yunanıstanın baş naziri ilə razılşmadı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Miçotakisin Fələstinin HƏMAS hərəkatı ilə bağlı açıqlamasına düzəliş edib.

KONKRET.az xəbər verir ki, Miçotakis Yaxın Şərqdəki son yaşananlarla bağlı Türkiyə ilə fikir ayrılıqlarının olduğunu ifadə edib:

“Türkiyə ilə xüsusilə Yaxın Şərq məsələsində fikir ayrılığımız var. İsrailin Qəzzaya hücumu bölgədə terror təşkilatı kimi tanınan HƏMAS-a cavab olaraq həyata keçirilir. Türkiyənin bunu fərqli qəbul etdiyini bilirik. Mülki vətəndaşların qorunması lazım olduğunu da anlayırıq”, – deyə Miçotakisin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiriakos Miçotakisin açıqlamasına düzəliş edib:

“Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, HƏMAS 1947-ci ildən torpaqları işğal altında olan və işğaldan sonra da torpaqlarını müdafiə edən müqavimət təşkilatıdır”, – deyə Ərdoğan Ankarada Prezident Kompleksində Miçotakislə birgə mətbuat konfransında bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*