Girdimançayda selə düşən 3 nəfər xilas edildibackend

Girdimançayda selə düşən 3 nəfər xilas edildi

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər xilas edilib.

KONKRET.az xəbər verir ki, bunlar Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğludur.

Zərnava kəndindən yas mərasimindən qayıdan şəxslər “Niva” markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.

Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*