Siqaret yaddaşı zəiflədir – Alimlərdən İNANILMAZ NƏTİCƏbackend

Siqaret yaddaşı zəiflədir - Alimlərdən İNANILMAZ NƏTİCƏ

Azərbaycanda və dünyada milyonlarla insanın imtina edə bilmədiyi zərərli vərdişlərdən olan siqaretin daha bir qorxulu tərəfi üzə çıxıb.

İndiyə qədər daha çox ağciyər və ürək-damar sisteminə vurduğu ziyanlarla gündəmə gələn siqaretin, sən demə, insan beynini də “yeyib bitirdiyi” sübut olunub.

KONKRET.az xəbər verir ki, beynəlxalq elm adamlarının apardığı son araşdırmalar siqaret istifadəsinin beyin qabığında (korteksdə) ciddi incəlməyə səbəb olduğunu ortaya qoyub. Mütəxəssislərin fikrincə, beyin qabığı (korteks) insanın yaddaş, dil, diqqət və qərarvermə kimi ən mühüm idrak funksiyalarını idarə edir. Siqaret tüstüsündəki toksik maddələr beyin hüceyrələrini birbaşa hədəf alaraq bu təbəqənin yaşlanma prosesini sürətləndirir və onu incəldir.

Araşdırmalar göstərib ki, siqaret çəkən şəxslərin beyin qabığındakı itkilər, siqaret çəkməyən həmyaşıdları ilə müqayisədə ikiqat daha sürətlə baş verir. Bu isə erkən yaşda demans (ağıl zəifliyi) və Altsheymer riskini maksimuma çatdırır. Siqaret aludəçilərini maraqlandıran ən əsas suallardan biri də budur: Zərərli vərdişdən imtina etdikdə beyin yenidən əvvəlki halına qayıdırmı? Elm adamları bu barədə qismən ümidverici xəbərlər veriblər.

Siqareti atdıqdan sonra beyin qabığının bərpa prosesi başlayır, lakin bu, çox uzun illər tələb edir. Həkimlər xüsusilə gənclər arasında populyar olan siqaret və digər tütün məmulatlarının beyin inkişafını tamamilə dondurduğunu bildiriblər. “Hələ gəncəm, mənə heç nə olmaz” deyənlər gələcəkdə ciddi koqnitiv problemlərlə və erkən yaddaş itkisi ilə üz-üzə qala bilərlər.\\Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*