Göyçayda çöldə mal-qara otaran kənd sakinini ilan sancıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Şəkər kəndində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Eldar Əliyev heyvanları otararkən ilan hücumuna məruz qalıb və başından sancılıb.
Ətrafdakı insanların köməkliyi ilə dərhal xəstəxanaya çatdırılan 54 yaşlı zərərçəkənə lazımi tibbi yardım göstərilib.
Hazırda E.Əliyevin müalicəsinin davam etdirildiyi bildirilir.\\oxu.az
