469 fərqli səs araşdırılıb: Afrika filləri xüsusi səslər çıxararaq bir-birlərinə xitab edirlərbackend

469 fərqli səs araşdırılıb: Afrika filləri xüsusi səslər çıxararaq bir-birlərinə xitab edirlər

Yeni bir araşdırmada Afrika fillərinin xüsusi səslər çıxararaq bir-birlərinə müraciət etdikləri müəyyən edilib.

KONKRET.az xəbər verir ki, tədqiqatçılar 1986-2022-ci illər ərzində Keniyadakı Amboseli Milli Parkı və Buffalo Springs Milli Qoruğunda fillərin çıxardığı 469 fərqli səsi araşdırıblar.

Delfinlərin və tutuquşuların səslərini araşdıran tədqiqatçılar müəyyən edib ki, Afrika filləri təqlid etmədən bir-birilərini çağıra bilir.

Fillərin səslərini qeydə alan tədqiqatçılar bu səslərin akustik quruluşunun filin çağırılmasından asılı olaraq dəyişdiyini müəyyən ediblər.

Araşdırma “Nature Ecology and Evolution” jurnalında dərc olunub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*