Ağdərədə minaya düşən Xocalı sakininin vəziyyəti açıqlandıbackend

Ağdərədə minaya düşən Xocalı sakininin vəziyyəti açıqlandı

Ağdərə rayonunda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) aprelin 26-da, saat 14 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*